Turizm sektoru üzrə təkliflər müzakirə edilib

2023.02.17 17:33 (UTC+04:00)

Azərbaycanın turizmin imkanları, investisiya mühitinin daha da yaxşılaşdırılması və yeni alətlərin tətbiqi istiqamətində mövcud vəziyyətin təhlili, stimullaşdırıcı mexanizmlər, vergi öhdəlikləri və vergi qanunvericiliyində mümkün dəyişikliklərlə bağlı təkliflər müzakirəyə çıxarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bu məsələlər iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes dairələri ilə dialoq formatında keçirilən növbəti görüşdə müzakirə edilib.

Görüş DVX-nin Vergi siyasəti Baş İdarəsinin və digər aidiyyəti strukturların, Dövlət Turizm Agentliyinin, Azərbaycan Hotel Assosiasiyasının, turizm sektorunun təmsilçilərinin iştirakı ilə onlayn formatda keçirilib.

Görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib, ümumi yanaşmalar təhlil olunub və birgə əməkdaşlığın davam etdiriləcəyi diqqətə çatdırılıb.