Azərbaycan-İtaliya Sənaye və Ticarət Palatasının yaradılması imkanları müzakirə olunub

2023.02.17 15:12 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan “vergiler.az”a verilən məlumata görə, Azərbaycan-İtaliya Sənaye və Ticarət Palatasının yaradılması imkanları barədə müzakirələr Agentliyin rəhbəri Yusif Abdullayevlə İtaliyanın şirkətlər və "Made in Italy" Nazirliyinin sənaye mülkiyyətinin mühafizəsi üzrə baş direktoru Amedeo Teti arasında keçirilən görüş zamanı aparılıb.

Görüşdə həmçinin iki ölkənin biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan-İtaliya biznes forumunun keçirilməsi məsələləri də nəzərdən keçirilib.