Bu ilin yanvar ayında Azərbaycandan 2 011,41 min ABŞ dolları dəyərində 38 470,74 ton hazır və ya klinker formasında sement ixrac edilib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 714,95 min dollar və ya 55,1 faiz, həcm baxımından isə 6 521,62 ton və ya 20,4 faiz çoxdur.
2023-ci ilin yanvarında sementin ümumi ixracda xüsusi çəkisi 0,11 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,71 faizə bərabər olub.