Bu ilin yanvar ayında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi 44 570,98 min ABŞ dolları və ya 30,2 faiz artaraq 192 242,13 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan Çinə 9 867,07 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 3 301,93 min dollar və ya 50,3 faiz üstələyir.
Çindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 29,2 faiz və ya 41 269,05 min dollar artaraq 182 375,06 min dollara çatıb.
Son bir ayda ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 5,84 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 2,2 faiz bəndi çoxdur.