Bu ilin yanvar ayı ərzində Azərbaycana 43 423,11 min ABŞ dolları dəyərində 142 655,61 ton buğda idxal olunub.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərini dəyər olaraq 33,7 faiz, həcm olaraq isə 52,2 faiz üstələyir.
Ötən ilin dekabr ayına nisbətdə isə cari ilin ilk ayında buğdanın idxal dəyəri 12,6 faiz, həcmi isə 14,1 faiz artıb.
2023-cü ilin yanvar ayında buğdanın idxalda xüsusi çəkisi 3,07 faizə bərabər olub ki, bu da 2022-ci ilin eyni göstəricisindən 0,2 faiz bəndi azdır.