Bu ilin yanvar ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 92,2 milyon manat təşkil edib. Bu barədə "vergiler.az"a Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, əldə olunan gəlirlərin həcmi 2022-ci ilin eyni ayına nisbətdə 8,5 milyon manat və ya 10,1 faiz artıb. Ötən ilin dekabrı ilə müqayisədə isə 2,9 faiz və ya 2,8 milyon manat azalma qeydə alınıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 40,1 faizini təşkil edib.
Ümumilikdə cari ilin ilk ayında ölkənin informasiya və rabitə müəssisələri tərəfindən 229,9 milyon manatlıq xidmət göstərilib ki, bu da 2022-ci ilin yanvar ayına nisbətdə 17,2 faiz çoxdur. Xidmətlərin 72 faizi əhali tərəfindən istehlak olunub.