“Aqropark Yaşıl Ada” arpa əkininə daha çox üstünlük verib

2023.02.15 11:21 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Aqropark Yaşıl Ada” MMC bu il arpa əkininə daha çox üstünlük verib.

“Aqropark Yaşıl Ada”dan “vergiler.az”a verilən məlumata görə, Biləsuvar rayonunda yerləşən aqropark cari ildə 3306 hektar ərazidə səpin işləri aparacaq. Onun 1626 hektar sahəsində arpa, 1012 hektar sahəsində pambıq, 4634 hektar sahəsində buğda əkiləcək. Aqroparkın 204 hektarında qarğıdalı əkiləcək ki, onun 74 hektarı birinci əkin, 130 hektarı ikinci əkin zamanı istifadə ediləcək.