Təsərrüfat subyektlərində 2022-ci il ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2021-ci il ilə müqayisədə 89,4 faiz artaraq 199 mln. ədəd, həcmi isə 47,7 faiz artaraq 5,8 mlrd. manat olub.
“vergiler.az” Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, 2022-ci il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2021-ci il ilə müqayisədə 2,6 dəfə artaraq 183,2 mln. ədəd, həcmi isə 2 dəfə artaraq 4,9 mlrd. manat olub.
1 yanvar 2023-cü il tarixinə ölkə üzrə quraşdırılan bankomatların sayı 3068, POS-terminalların sayı 79820, ödəniş terminalların sayı isə 2029 ədəd olub.
2022-ci ilin sonuna banklar tərəfindən quraşdırılan ödəniş terminallarının sayı 2021-ci ilin sonu ilə müqayisədə 10 faiz artaraq 2029 ədəd təşkil edib. Bakı şəhərində yerləşən ödəniş terminallarının sayında 15,2 faiz, regionlarda yerləşən ödəniş terminallarının sayında isə 4,3 faiz artım müşahidə olunub.