20 ölkədə “Caspian Energy Forum” keçiriləcək

2023.02.14 14:40 (UTC+04:00)

“Caspian Energy Club” MMC dünyanın 20 ölkəsində “Caspian Energy Forum” keçirməyi planlaşdırır". Bunu “vergiler.az”a “Caspian Energy Club” MMC-nin sədri və baş icraçı direktoru Telman Əliyev deyib.

Onun sözlərinə görə, ilk forum fevralın 28-də Gürcüstanın Tbilisi şəhərində baş tutacaq. Forumun martın 22-də Çexiyada, daha sonra Türkiyədə, Özbəkistanda və bir sıra Avropa ölkələrində keçirilməsi nəzərdə tutulur. Forumda yaşıl enerji, rəqəmsallaşdırma sahəsi üzrə görülən işlər, Azərbaycanda baş verən pozitiv iqtisadi proseslər və digər məsələlər işıqlandırılacaq: “Biz istəyirik ki, “Caspian Energy Club”un dünyanın 50 ölkəsində olan tərəfdaşları Azərbaycanda baş verən pozitiv iqtisadi proseslərdən xəbərdar olsunlar. Azərbaycanda biznes qurmaq istəyirlərsə, özləri üçün tərəfdaşlar tapa bilsinlər. Qeyd edim ki, İqtisadiyyat Nazirliyi və onun strukturları biznes qurmaq və bizneslərini genişləndirmək istəyən sahibkarlara çox böyük dəstək olur”.