Elektron ticarət əməliyyatlarının həcmi 18 milyard manatı ötüb

2023.02.14 10:03 (UTC+04:00)

2022-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatların ümumi həcmi 2021-ci illə müqayisədə 56 faiz artaraq 56,4 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2,1 dəfə artaraq 24,4 milyard manat olub.

vergiler.az” Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 11,4 faiz bəndi yüksələrək 43,2 faizə bərabər olub.

Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2022-ci il ərzində elektron ticarət əməliyyatlarının sayı 2021-ci il ilə müqayisədə 2,4 dəfə artaraq 261 milyon ədəd, həcmi isə 2,5 dəfə artaraq 18,5 milyard manat olub.