Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 506 779,6 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 25,4 faiz çoxdur.
"vergiler.az"ın DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, cari ilin yanvar ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz artaraq 121 932,6 min manat təşkil edib.
Həmçinin, yanvarda ƏDV üzrə daxilolmalar illik müqayisədə 22,8 faiz artaraq 365 561,7 min manata yüksəlib.
Aksizlər üzrə göstərici yanvar ayında (ötən ilin eyni ayı ilə müqayisədə) 77 faiz artaraq 14 841,3 min manat, yol vergisi üzrə daxilolmalar isə 21,7 faiz artaraq 4 444,0 min manat təşkil edib.