İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti göstərməklə bağlı 1358 müraciət daxil olub

2023.02.10 17:33 (UTC+04:00)

"Bu günədək işğaldan azad edilən ərazilərdə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti göstərməklə bağlı 1358 müraciət daxil olub ki, bunun da 895-i yerli, 463-ü isə xarici müraciətlərdir".

vergiler.az” xəbər verir ki, bunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda təşkil olunan konfransda İqtisadiyyat Nazirliyinin şöbə müdiri Zamin Bədirxanov deyib.

Onun sözlərinə görə, ümumi müraciətlərin 587-si investisiya layihəsi, 553-ü iş və xidmətlər, 218-i isə digər istiqamətlər üzrə olub.

“Daxil olan investisiya layihələrinin 90 faizi (526-sı) yerli, 10 faizi isə (61-i) xarici investorlar tərəfindən təqdim olunub. 135 milyon manat dəyərində investisiyanı əhatə edən 67 layihə üzrə işlərə başlanılıb (sənaye, kənd təsərrüfatı, ticarət və xidmət üzrə-red.). Artıq sözügedən investisiya layihələri üzrə 50 milyon manat yatırılıb və 670-dən çox iş yeri yaradılıb”, - deyə Z.Bədirxanov qeyd edib.