“Azərbaycanda iqtisadi artımın təmin edilməsi prosesində vergi sisteminin tənzimləyici funksiyaları mühüm rol oynayır”.
“vergiler.az” xəbər verir ki, bunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda təşkil olunan konfransda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, qarşıdakı dövrdə vergi siyasətinin qarşısında duran əsas hədəflər ilk növbədə iqtisadi təşviqdir: “Biz bunu işğaldan azad edilmiş ərazilərin nümunəsində görürük. Bildiyiniz kimi, bu ilin əvvəlindən, cənab Prezidentin tapşırıq və təşəbbüsünə əsasən, vergi, sosial müdafiə, gömrük qanunvericiliyi sahəsində çox geniş təşviqlər qəbul edilib”.
Effektiv nəzarətin vacibliyini xüsusi vurğulayan M.Cabbarov əlavə edib ki, rəqəmsallaşma prinsipləri də düzgün və prioritet istiqamətdir.