“Rəqəmsallaşma ölkənin böyük və kiçik olması fərqini aradan qaldırır, iqtisadi artıma əhəmiyyətli töhfə verir”.
“vergiler.az” xəbər verir ki, bunu UNEC rektoru, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri Ədalət Muradov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.
Müasir texnologiyaların tətbiqinin, rəqəmsallaşma və süni intellektin indiki dövrdə norma olduğunu xatırladan rektorun sözlərinə görə, rəqəmsallaşma başqa bir problem yaradır: “Problemin həlli rəqəmsallaşma yolunu tutan dünya iqtisadiyyatı qarşısında ən ciddi çağırışlardan biridir. Bu cağırışlardan biri iqtisadiyyatda dəyərlərdir. Rəqəmsallaşma dəyər anlayışını qəbul etmir. Amma iqtisadiyyatda dəyər olmadan qarşıya qoyulan hədəflərə nail olmaq mümkün deyil”.