"Dünyada baş verən proseslər Azərbaycana da mənfi təsir göstərə bilərdi, ancaq qabaqlayıcı tədbirlər görərək bunun qarşısını ala bildik".
“vergiler.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ziyad Səmədzadə “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.
Ziyad Səmədzadə qeyd edib ki, ölkədə aparılan islahatlar nəticəsində iqtisadiyyat dinamik inkişaf edir. Natiq “kölgə iqtisadiyyatı” ilə mübarizə istiqamətində aparılan işləri xüsusi qeyd edərək, nəticədə əmək müqavilələrinin sayının artdığını bildirib.