“vergiler.az” xəbər verir ki, bu haqda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda bildirib.
DVX rəisi qeyd edib ki, iqtisadi aktivlik, “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətində aparılan işlər bir çox sahələrdə fəaliyyətin leqallaşmasına, aktiv ödəyici kateqoriyasının artmasına imkan verib. ƏDV ödəyicilərinin sayında müşahidə olunan artım isə fiskal nöqteyi-nəzərindən xüsusilə aktualdır. 2022-ci ildə aktiv vergi ödəyicilərinin sayı 7 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 15,1 faiz, aktiv obyektlərin sayı isə 3,2 faiz artıb. Bu ilin yanvar ayına aktiv vergi ödəyicilərinin sayı 712 minə yaxın təşkil edib.