2022-ci ildə “Şahdəniz” üzrə əməliyyat xərclərinə təxminən 2 milyard 281 milyon dollar, əsaslı xərclərə isə 463 milyon dollar sərf olunub.
"vergiler.az" BP-nin illik hesabatına istinadən xəbər verir ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
İl ərzində “Şahdəniz” yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılıb.
Ötən ildə yataqdan ümumilikdə, “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 25 milyard standart kubmetr qaz və 4 milyon tondan artıq (təqribən 36 milyon barel) kondensat hasil edilib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə 27 milyarddan artıq) kubmetrdir.