2022-ci ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində 3819 yeni icarə müqaviləsi bağlanılıb, dövlət büdcəsinə 24,8 milyon manat vəsaitin daxil olması təmin edilib.
"vergiler.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edərkən Xidmətin rəisi Mətin Eynullayev deyib.
Onun sözlərinə görə, bu, 2021-ci illə müqayisədə 53 faiz və ya 8,6 milyon manat çoxdur.
"Daşınmaz əmlakın qeydiyyatı sahəsində də müsbət nəticələr əldə olunub. Belə ki, 2022-ci ildə 382 000-dən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb və 2021-ci illə müqayisədə bu rəqəm 25,2 faiz artım deməkdir",- deyə M. Eynullayev qeyd edib.