Yevlax Pilot Aqroparkın ərazisində 10 hektar sahədə yeni bağ salınır

2023.02.09 11:07 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın ərazisində 10 hektar sahədə yeni bağ salınır.

Bunu “vergiler.az”a Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, yeni bağda alça, ərik, gilas, nektarin və şaftalı tingləri əkilir. Göyçayda yerli bazar üçün 30 min ədəd badam tingi əkiləcək. Bu il üçün artıq yerli bazar üçün 30 min ədəd badam, 32 min xurma, 35 min nektarin tingi sifarişi var.

Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC tərəfindən aqroparkın ərazisində meyvə bağları, tinglik salınıb və bu istiqamətdə işlər davam etdirilir. “İSFA” MMC ting ixrac edən ilk Azərbaycan şirkətidir.