Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

2023.02.08 09:55 (UTC+04:00)

Azərbaycan-Vyetnam iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclası Vyetnamda keçiriləcək.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, tədbirin təşkili ilə bağlı müzakirələr nazir Pərviz Şahbazovla Vyetnamın Azərbaycandakı səfiri Danq Min Xoy arasında keçirilən görüş zamanı aparılıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib. Azərbaycan və Vyetnam şirkətləri arasında əlaqələrin genişləndirilməsi imkanlarına diqqət yetirilib, neft-qaz sahəsi üzrə perspektiv addımlar nəzərdən keçirilib. Münasibətlərin inkişafı istiqamətində iki ölkə arasında hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.