Pakistanla işgüzar əlaqələr gücləndiriləcək

2023.02.07 17:08 (UTC+04:00)

Azərbaycan və Pakistan arasında işgüzar əlaqələrin gücləndirilməsinə kömək edəcək preferensial ticarət sazişinin imzalanması planlaşdırılır.

vergiler.az” Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Sialkot Ticarət və Sənaye Palatasının (SCCI) prezidenti Əbdül Qafur Malik ilə görüşündə deyib.

Səfirin sözlərinə görə, tərəflərin birgə səyləri nəticəsində 2022-ci ildə Pakistan və Azərbaycan arasında ticarət dövriyyəsi 3 dəfə artıb.

Öz növbəsində, SCCI prezidenti qeyd edib ki, Palata Pakistanın işgüzar dairələri ilə azərbaycanlı həmkarları arasında işgüzar əlaqələr yaratmaq üçün Azərbaycana aparıcı istehsal sektorlarını təmsil edən ticarət nümayəndə heyətini göndərəcək.