Qara metalların ixrac dəyəri artıb

2023.02.06 16:44 (UTC+04:00)

2022-ci il ərzində Azərbaycandan 136 539,76 min ABŞ dolları dəyərində 147 394,57 ton qara metal və ondan hazırlanan məmulatlar ixrac edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci ilin göstəricisi ilə müqayisədə ixracın dəyəri 17,4 faiz artıb, həcmi isə 0,2 faiz azalıb.

Ötən ilin dekabrında ölkədən 6 225,17 min dollar dəyərində 5 794,79 ton sözügedən məhsullar ixrac olunub ki, bu da noyabr ayı ilə müqayisədə dəyər ifadəsində 40,1 faiz, həcm olaraq isə 47,1 faiz azdır.

Qeyd edək ki, 2022-ci ildə qara metal və ondan hazırlanan məmulatların ölkənin ümumi ixracında xüsusi çəkisi 0,36 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,48 faizə bərabər olub.