Uber Xelop: “Azərbaycanın süni intellekt üzrə milli strategiya hazırlamaq səyləri yaxşı başlanğıcdır”

2023.02.06 16:35 (UTC+04:00)

“Azərbaycanın süni intellekt üzrə milli strategiya hazırlamaq səyləri onun regional liderliyini gücləndirmək üçün yaxşı başlanğıcdır”.

Bu sözləri Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platformasının rəhbəri Uber Xelop “vergiler.az”ın suallarını cavablandırarkən deyib.

U.Xelop əlavə edib ki, Azərbaycan öz regionunda lider mövqeyini əyani şəkildə nümayiş etdirir: “Milli süni intellekt strategiyası onun faydalarından istifadə etməyə və davamlı süni intellekt ekosistemi yaratmağa kömək edəcək, eyni zamanda, əlaqəli riskləri minimuma endirəcək”.