2022-ci ildə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1439,3 milyon manatlıq məhsul istehsal olunub.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, hazır metal məmulatlarının istehsalı sahəsində 17,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 15,6 faiz artım müşahidə olunub.
Ötən il polad boruların istehsalı 2 dəfə, poladtökmə istehsalı 26,9 faiz, armaturun istehsalı 23,4 faiz artıb.
Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 34118,7 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.