Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri 284,53 mln. ABŞ dolları təşkil edib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, bu, 2022-ci ilin analoji ayı ilə müqayisədə 22,6 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 047,67 mln. dollara bərabər olub.