Rossen Hristov: “Bolqarıstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən tərəfdaşlardır”

2023.02.06 09:49 (UTC+04:00)

Enerji sektorundakı qlobal çağırışlar hərtərəfli həllər və qlobal səylər tələb edir.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bunu Bolqarıstanın energetika naziri Rossen Hristov Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində plenar sessiyada çıxış edərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq layihələr və əməkdaşlıq dəyişən geosiyasi şəraitdə Avropaya qaz təchizatının təmin edilməsinin ən effektiv və səmərəli üsuluna çevrilib.

“Bolqarıstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən tərəfdaşlardır”, - deyə R.Hristov vurğulayıb.