2022-ci ildə ölkə daxilində kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi 11 faiz bəndi artaraq 43 faiz təşkil edib. Bunu “vergiler.az”a açıqlamasında Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib.
Ötən il kartlarla aparılan əməliyyatların ümumi həcmi 58 milyard 563 milyon manat olub. 2021-ci ildə bu göstərici 37 milyard 430 milyon manat təşkil edib.