Bu ilin yanvar ayında Rusiya Federasiyasının Ulyanovsk vilayətindən ixrac üçün ümumi çəkisi 3686 ton olan taxıl və taxıl emalı məhsullarının partiyaları qeydə alınıb.
"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, ixracın əsas hissəsi Azərbaycana tədarük edilən 3664 ton ərzaqlıq buğdanın payına düşüb.
Bundan əlavə, vilayətin ərazisindən Qazaxıstana ümumi çəkisi 22 ton olan buğda kəpəyi partiyası göndərilib.