Ötən yay Azərbaycan Avropanın üzləşdiyi qaz probleminin həllinə çevrildi. “vergiler.az” xəbər verir ki, bu barədə “Forbes” jurnalında dərc olunmuş məqalədə bildirilir.
Vurğulanıb ki, ölkə artıq Avstriya, Bolqarıstan, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İrlandiya, Portuqaliya, Rumıniya, Xorvatiya və Çexiyaya neft və qaz tədarük edir.
Məqalədə deyilir: “2022-ci ildə Avropa İttifaqına Azərbaycan qazının idxal həcmi 12 milyard kubmetrə çatıb, 2027-ci ilə qədər isə təbii qazın tədarükü iki dəfə artırılacaq”.
Trans-Adriatik Boru Kəmərinin (TAP) rolunu xüsusi qeyd edən Beynəlxalq Siyasət Araşdırmaları İnstitutunun rəhbəri Matteo Villa Azərbaycanın İtaliyanı sənayesizləşdirilmədən xilas edən ölkə olduğunu vurğulayıb.