Bu ilin yanvar ayının sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları ötən ilin eyni ayı ilə müqayisədə 1 987,3 milyon ABŞ dolları və ya 28,1 faiz artaraq 9061,4 milyon dollar təşkil edib.
“vergiler.az”ın AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin dekabr ayı ilə müqayisədə isə cari ilin yanvarında valyuta ehtiyatlarında 0,7 faiz və ya 65,7 milyon dollar artım qeydə alınıb.
Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8 995,7 milyon dollar olub.