IFC Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə anlaşma memorandumu imzalayıb

2023.02.01 16:49 (UTC+04:00)

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Ələt Azad İqtisadi Zonasının (AFEZ) səlahiyyətli qurumu ilə anlaşma memorandumu imzalayıb.

vergiler.az” IFC-yə istinadən xəbər verir ki, memoranduma əsasən, Azad Zonada fəaliyyət göstərməyə maraqlı olan şirkətlərə məsləhətçi və layihələrin ilkin mərhələdə inkişafı üzrə dəstəkləyici çərçivə qurulacaq.

IFC, Avstriyanın Federal Maliyyə Nazirliyi ilə tərəfdaşlıqda və AFEZ səlahiyyətli qurumu ilə birgə Azad Zonanın rezidentləri üçün dəstək və məsləhət xidmətləri təqdim edəcək.

Məqsəd Azərbaycanın “xalis sıfır” karbon mühitə keçidini və iqlim dəyişməsinə dayanıqlı inkişafını təmin edəcək şirkətlərə müvafiq investisiya layihələrinin müəyyənləşdirilməsi və işlənib hazırlamasında kömək etməkdir.