Yaxın vaxtlarda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun təsdiq olunması gözlənilir. Bunu “vergiler.az”ın sualına cavab olaraq Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, layihənin detallarının razılaşdırılması üçün digər dövlət qurumlarına təqdim olunub:
“Mərkəzi Bank haqqında”, “Banklar haqqında” qanun, həmçinin “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi və Mərkəzi Bankın mandatına aid olan digər qanunlar bir daha nəzərdən keçirilib. Hazırda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi digər hökumət qurumları ilə razılaşdırma mərhələsindədir. Sonra Milli Məclisin müzakirəsinə təqdim ediləcək. Ümidvaram ki, qısa bir zamanda - təxminən 3 ay ərzində biz yeni qanunun təsdiqinə nail ola bilərik”.