Effektiv fəaliyyət göstərən aqrokomplekslər aqropark statusu alacaq

2023.02.01 14:03 (UTC+04:00)

Azərbaycanda aqroparkların reyestrinin yaradılması istiqamətində aparılan işlər artıq yekunlaşdırılıb.

"vergiler.az" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, effektiv fəaliyyət göstərən, mütərəqqi texnologiyalar tətbiq edən aqrokomplekslər aqropark statusunu ala biləcəklər. Uzun müddət torpaqları bu və ya digər hüquqi və fiziki şəxs tərəfindən icarəyə götürülən, mütərəqqi texnologiyalar tətbiq etməyən sahibkarlıq subyektinə aqropark statusu verilməyəcək. Bu statusu əldə edən fermerlər dövlət tərəfindən müvafiq infrastruktur dəstəyi alacaq, güzəştli kredit əldə edə biləcəklər.