Özəl sənaye məhəllələrinin yaradılması istiqamətində iş aparılır

2023.02.01 11:51 (UTC+04:00)

Azərbaycanda özəl sənaye məhəllələrinin yaradılması istiqamətində işlər aparılır.

"vergiler.az" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsi üçün işlər görülür.