Azərbaycanda standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində nəzarətin təşkili üçün rəqəmsal platforma - keyfiyyət portalı yaradılır.
"vergiler.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məqsədlə artıq qanunlara dəyişiklik layihəsi Ədliyyə Nazirliyinə təqdim ediib. Platforma sertifikatların alınması ilə bağlı müraciətlərin izlənilməsinə və şəfffaflığın təmin olunmasına imkan verəcək.