İşğaldan azad olunmuş ərazilərin bərpasına 6,5 milyard manat vəsait ayrılıb

2023.01.30 17:46 (UTC+04:00)

Yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat vəsait ayrılıb.

vergiler.az” Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov rəhbərlik etdiyi qurumun 2022-ci ilin yekunlarına həsr olunan geniş tərkibdə kollegiya iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb.

“Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunan ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib”, - nazir qeyd edib.