Vyaçeslav Volodin: “Xəzər beşliyi” çərçivəsində əməkdaşlıq bu gün xüsusi rol oynayır”

2023.01.30 15:21 (UTC+04:00)

Xəzər dənizinin yüksək geosiyasi və iqtisadi əhəmiyyətini nəzərə alaraq, “Xəzər beşliyi” çərçivəsində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran əməkdaşlığı bu gün xüsusi rol oynayır.

vergiler.az” Rusiya Federasiyası Dövlət Dumasının yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə Türkmənistan Məclisinin deputatları qarşısında çıxış edərkən Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, beş dövlətin başçılarının əldə etdiyi razılaşmaların praktiki həyata keçirilməsinə “Xəzər beşliyi”nin parlament səviyyəsində formalaşması kömək edəcək.

“Ümid edirik ki, Xəzəryanı ölkələrin parlament sədrlərinin iştirakı ilə konfrans hər bir ölkədə növbə ilə keçiriləcək”, - deyə V.Volodin qeyd edib.