Azərbaycanın xarici ticarət dövriyyəsində ilk 15 əsas ölkə

2023.01.26 14:05 (UTC+04:00)

Ötən il Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 55,3 faiz artaraq 52 686 488,2 min dollara çatıb.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ildə ixracın həcmi 38 146 629,67 min dollar (artım 71,8 faiz), idxalın həcmi isə 14 539 858,53 min dollar (24,2 faiz çox) təşkil edib.

Ticarət dövriyyəsinin həcminə görə ilk ölkə İtaliyadır. Bu dövlətlə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 87,5 faiz artaraq 18 122 940,73 min ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan İtaliyaya 17 782 508,08 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2021-ci ilin eyni göstəricisini 92,4 faiz üstələyir. İtaliyadan Azərbaycana isə 340 432,64 min dollar dəyərində məhsul idxal edilib ki, bu da illik ifadədə 18,9 faiz azdır.

Azərbaycanın ticarət dövriyyəsində ikinci əsas ölkə Türkiyədir. Ötən il Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 25,3 faiz artaraq 5 842 177,83 min dollar təşkil edib. Azərbaycandan bu ölkəyə 3 544 755,91 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2021-ci ilin yanvar-dekabr aylarının göstəricisindən 25,8 faiz çoxdur. Hesabat dövründə 2 297 421,92 min dollar dəyərində idxal əməliyyatları aparılıb ki, bu da 2021-ci ilin müvafiq göstəricisini 24,6 faiz üstələyir.

Ticarət dövriyyəsində üçüncü yerdə Rusiya qərarlaşıb. Bu ölkə ilə ötən il ticarət dövriyyəsi 23,9 faiz artaraq 3 710 239,41 min dollar təşkil edib.

Dövr ərzində Azərbaycandan Rusiyaya 975 456,33 min dollar (5,9 faiz çox) dəyərində ixrac, Rusiyadan Azərbaycana isə 2 734 783,08 min dollar (artım 31,8 faiz) dəyərində idxal əməliyyatları həyata keçirilib.

Ticarət dövriyyəsində əsas 15 ölkə üzrə göstəricilər:

# Ölkələrin adı Ticarət dövriyyəsi, min ABŞ dolları
1 İtaliya 18 122 940,73
2 Türkiyə 5 842 177,83
3 Rusiya 3 710 239,41
4 Çin 2 159 049,89
5 Hindistan 1 882 072,55
6 İsrail 1 718 390,29
7 Yunanıstan 1 420 184,72
8 Almaniya 1 254 900,19
9 İspaniya 1 103 780,5
10 Böyük Britaniya 1 036 197,27
11 Çexiya 989 582,63
12 Xorvatiya 964 121,62
13 Gürcüstan 771 781,57
14 Portuqaliya 756 619,66
15 İndoneziya 710 790,93