2022-ci il ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 52 686,49 milyon ABŞ dolları təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 18 774,03 milyon dollar və ya 55,3 faiz çoxdur.
Ötən il ixrac əməliyyatları 38 146,63 milyon dollar olub ki, bu da 2021-ci ilin göstəricilərini 15 939,96 milyon dollar (71,8 faiz) üstələyir.
Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri illik ifadədə 2 834,07 milyon dollar (24,2 faiz) artaraq 14 539,86 milyon dollar təşkil edib.
Nəticədə ölkənin xarici ticarətində 23 606,77 milyon dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2021-ci ilin eyni rəqəmindən 13 105,89 milyon dollar (2,4 dəfədən çox) çoxdur.