2022-ci ildə əhalinin əmanətləri 27 faiz artıb

2023.01.26 09:40 (UTC+04:00)

Bu ilin yanvar ayının 1-i tarixinə Azərbaycanda əhalinin əmanətləri 11 743,0 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə 2 501,5 milyon manat və ya 27 faiz çoxdur.

vergiler.az”ın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin noyabr ayı ilə müqayisədə isə dekabrda əmanətlərin həcmində 154,4 milyon manat və ya 1,3 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar ayının 1-nə Azərbaycanda əmanətlərin həcmi 9 241,5 milyon manat təşkil edib.