Azərbaycanda bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur

2023.01.25 17:20 (UTC+04:00)

2022-ci ilin dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 46.9%-ni təşkil edib.

Mərkəzi Bankın hesabatına istinadən “vergiler.az”-ın məlumatına görə, bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, 2021-ci ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.1%, POS-terminalların sayı isə 29.8% artıb.