Dekabr ayında nağdsız ödənişlər 2 dəfə artıb

2023.01.25 16:53 (UTC+04:00)

Ölkədə ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

vergiler.az” Mərkəzi Bankın statistikasına əsasən məlumat verir ki, ötən ilin dekabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. 2022-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 967 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2 milyard 313 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 650 milyon manatı POS-terminallar, 2.7 milyon manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib.