Ödəniş kartlarının sayı artıb

2023.01.25 16:31 (UTC+04:00)

2022-ci il dekabrın sonuna Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artaraq 13 milyon 257 min ədəd təşkil edib. Bu, noyabr ayı ilə müqayisədə 206 min ədəd çoxdur.

vergiler.az” Mərkəzi Bankın statistikasına istinad edərək xəbər verir ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.1% artıb. Ödəniş kartlarının sayında artım kredit və əməkhaqqı kartlarının artması hesabına baş verib. Belə ki, debet kartları üzrə 18.7%, kredit kartları üzrə 29.4% artım olub. 2021-ci ilin müvafiq dövrünə nəzərən dekabrda əməkhaqqı kartlarının sayı 144 min, kredit kartları 414 min, digər kartlar isə 1.6 milyon ədəd artıb.