218 qadın və 91 gənc sahibkara 27,9 milyon manat kredit ayrılıb

2023.01.25 14:24 (UTC+04:00)

2022-ci ildə 218 qadın və 91 gənc sahibkara ümumilikdə 27,9 milyon manat kredit verilib.

vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, orta kredit məbləği 53,5 min manat, orta kredit müddəti isə 4,2 il olub.