Kaluqa sahibkarlarının Azərbaycana biznes missiyası gözlənilir

2023.01.25 11:50 (UTC+04:00)

Yanvarın 31-dən fevralın 3-dək Rusiya Federasiyası Kaluqa vilayətinin kiçik və orta biznes nümayəndələrinin Azərbaycana işgüzar səfəri baş tutacaq.

vergiler.az” Kaluqa regionunun İxraca Dəstək Mərkəzinin məlumatına istinadən xəbər verir ki, biznes-missiya çərçivəsində yerli potensial tərəfdaşlarla fərdi işgüzar danışıqlar, iri dövlət şirkətlərinin nümayəndələri ilə görüşlər və ölkə müəssisələrinə səfərlər təşkil olunacaq.

İşgüzar səfərin əsas məqsədi ixrac müqavilələrinin bağlanmasıdır. Nümayəndə heyətinə qida məhsulları, avadanlıqlar, alüminium məhsulları, metal konstruksiyalar, armatur və s. məhsulların istehsalçıları daxildir.