2022-ci il ərzində Azərbaycandakı təsərrüfatlarda 1 074,3 min ton kartof istehsal olunub.
“vergiler.az”ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci illə müqayisədə istehsal həcmi 12,3 min ton və ya 1,1 faiz artıb.
Hesabat dövründə 54,8 min hektar sahədə kartof əkilib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3 hektar azdır.
Bununla yanaşı, ötən il ərzində kartof yığımında məhsuldarlıq 190 sentner təşkil edib. İllik ifadədə məhsuldarlıq 6 sentner və ya 3,2 faiz artıb.