Azərbaycan Həştərxanın ixracatında əsas istiqamətlərdəndir

2023.01.24 14:49 (UTC+04:00)

2022-ci ilin yekunlarına əsasən, Azərbaycan, Belarus və Qazaxıstan Həştərxan məhsullarının ixracının əsas istiqamətləri olub.

vergiler.az” Həştərxan mətbuatına istinadən xəbər verir ki, ötən ilin yekunlarına görə, Həştərxanın ixrac müqavilələrinin həcmi təxminən 8 milyon ABŞ dolları təşkil edib.

Həmçinin, Həştərxanlı sahibkarlar ilk dəfə olaraq Yunanıstan və Sinqapura məhsul göndəriblər.

Yerli şirkətlərin beynəlxalq ticarət bazarlarında təşviqi Həştərxan İxraca Dəstək Mərkəzi tərəfindən həyata keçirilir.