2022-ci ildə Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 16,6 faiz artaraq 1 314 705,9 min ABŞ dolları təşkil edib.
“vergiler.az”ın Gürcüstan Milli Statistika İdarəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Gürcüstandan Azərbaycana 672 628,0 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2021-ci ilin göstəricisini 26,5 faiz üstələyir. Hesabat ilində Gürcüstana idxal da 7,3 faiz artaraq 642 077,9 min dollara çatıb.
2022-ci ildə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində ilk on ticarət tərəfdaşının payı 68,7 faiz təşkil edib. Azərbaycan bu siyahıda Türkiyə (2 806 418,4 min dollar), Rusiya (2 487 040,8 min dollar) və Çindən (1 862 802,5 min dollar) sonra dördüncü yerdə qərarlaşıb.