Polşanın əhəmiyyətli gəmiqayırma imkanları azərbaycanlı podratçılar üçün maraqlı ola bilər.
Bunu “vergiler.az”a Polşa Senatının müşaviri, GLOBSEC Analitik Mərkəzinin icraçı direktoru, “Təhlükəsizliyin gələcəyi” proqramının direktoru, iqtisadçı ekspert Marçin Zaborovski deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanın gəmiqayırma və liman sənayesi, xüsusən də Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı həm ölkənin özü, həm də qonşu dövlətlər üçün böyük inkişaf potensialına malikdir.
“Polşanın gəmiqayırma şirkətləri əməkdaşlığa açıqdır və tələbata uyğun olaraq, Azərbaycana bərə, patrul və yedək gəmiləri, dəniz sektoru üçün qurğular və digər növ gəmilərin tikintisi üçün kompleks texnoloji həllər təklif etməyə hazırdırlar”, - Marçin Zaborovski qeyd edib.