Etiketlərin Azərbaycan dilində markalanma müddəti uzadılıb

2023.01.19 17:40 (UTC+04:00)

Ölkə ərazisinə tədarük edilən malların üzərindəki etiketlərin Azərbaycan dilində markalanması üçün təyin olunan müddət 2023-cü il aprelin 1-dək uzadılıb.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Regionlararası İdarəsinin məlumatına istinadən xəbər verir ki, Azərbaycan tərəfindən bu barədə “Rosselxoznadzor”a müvafiq bildiriş təqdim olunub.

Xatırladaq ki, əvvəllər bu müddət cari ilin yanvarın 1-nə təyin edilmişdi.

Aprelin 1-dən sonra etiketlərinin Azərbaycan dilinə tərcüməsi olmayan məhsullar sertifikatlaşdırılmayacaq.